Natavan Gallery & Club İçərişəhərdə müasir və klassik incəsənəti bir araya gətirən qalereyadır. Natavan Əliyevanın yaratdığı məkan 2013-cü ildən fəaliyyət göstərir. Ağ rəngli interyerə malik iki sərgi zalının ümumi sahəsi 88 kvadratmetrdir. Qalereyada Azərbaycan rəssamlarının müxtəlif üslub və istiqamətlərdə hazırladığı əsərlərlə tanış olmaq mümkündür.
Məkan sərgilərlə yanaşı təqdimatlar və ustad dərsləri üçün də istifadə olunur. Rəsm kolleksiyasını formalaşdırmaq və ya interyerinə sənət əsəri seçmək istəyən ziyarətçilər qalereyada satış üçün təqdim edilən işlərə baxa bilirlər.
Rəy əlavə edin