Aza körpüsü Ordubad rayonunda Gilançay üzərində yerləşən tarixi daş körpüdür. Aza və Darkənd kəndlərini birləşdirən tikili Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə inşa edilmişdir. Böyük İpək yolunun karvan əlaqələrinə xidmət edən körpüdən bölgənin ipəyi, quru meyvələri və sənətkarlıq məhsullarını daşıyan karvanlar keçmişdir.
Beşaşırımlı körpü qırmızımtıl yerli dağ daşından tikilib. Təxminən 46 metr uzunluğunda və 3,5 metr enində olan qurğunun tağları relyefə uyğun müxtəlif ölçülərdədir. Dayaqların təbii qayalar üzərində yerləşdirilməsi və suyun gəldiyi tərəfdəki dalğakəsənlər onun mühəndislik həllini göstərir. Sel nəticəsində zədələnmiş körpü 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuşdur.
Qalereya
Ünvan və xəritə
Ordubad rayonu, Aza və Darkənd kəndləri arasında, Gilançay üzəri
Rəy əlavə edin