Xanlar məscidi XIX əsrin sonunda Xanlarov qardaşlarının sifarişi ilə onların evlərinin yaxınlığında inşa olunub. Layihənin müəllifi Bakı memarı Məşədi Mirzə Qafar İsmayılovdur. İçərişəhərdə son tikilmiş dini abidələrdən biri olan məscid yaşayış binalarının sırasına uyğunlaşdırılmış yığcam quruluşu ilə seçilir. Dövlət abidə siyahısında tikinti tarixi 1893-cü il göstərilir.
Uzadılmış dördbucaqlı planın giriş hissəsi üç bölməyə ayrılır: mərkəzi hissə günbəzlə, yan hissələr isə qübbələrlə örtülür. Zalın uzununa oxu boyunca yerləşən mehrab zəngin naxışları ilə daxili kompozisiyanın əsas elementidir. İnteryerdə bitki motivli ornamentlər istifadə olunub. Bu detallar kiçik tikilinin Şirvan-Abşeron memarlıq ənənəsi ilə bağlılığını göstərir.
Rəy əlavə edin