Haqqımızda
“Qala Bazar” restoranı həm görünüşcə həm də yeməklərinin müxtəlifliyi və keyfiyyətinə görə şəhər sakinləri tərəfindən sevilən məkanlardan biridir. Menyunun əsasını öz rəngarəngliyi və gözəlliyi ilə seçilən ənənəvi milli və şərq mətbəxi təşkil edir. Restoran 3 otaqlı , 25-30 nəfərlik olmaqla 8 seksiyadan , 100-120 nəfərlik banket zalından, furşet, çayxana, bar, piyvə və 1000 nəfərlik açıq havada qonaq qəbul edə biləcək yay zalından ibarətdir. Burada inşa edilmiş seksiyaların hər biri memarı cəhətdən biri-birindən fərqlənir.Seksiyaların və banket zalının tikintisində dəniz və çay daşılarının qarışıq istifadəsi tikiliyə xüsusi ahəngdarlıq verir. İnteryerin əsasında şərq memarlıq ənənələri durur: dəniz və çay daşları, taxta tavan, qədim məişət əşyaları,təbiilik otaqlara xüsusi orjinallıq verir.Bundan əlavə otaqların hər birinin qədim əşyalarla bəzədilməsi bura istirahətə gələn insanlarda xoş ovqat yaradır.Restoranın həyətində insanların gəzintisi üçün çox maraqlı güşələr mövcuddur.B
Rəy əlavə edin