HALIKARNAS BALIKCISI

Haqqımızda

“HALIKARNAS BALIKCISI” (“Halikarnas Balıqçı”) sizləri - dəyərli müştərilərimizi İstanbulun əsas aşpazlarından biri olan Nesimi Zenginin zəngin menyusunu görməyə və dadmağa dəvət edir. Restoranın astanasını aşan kimi özünüzü dəniz məhsulları və müxtəlif növ balıqlar aləmində tapacaqsınız ki, bu da sizi nadir və dadlı yeməklərin gözlədiyindən xəbər verəcəkdir. Restoran hər şeydən əvvəl cəlbedici dizaynı, rəngləri və incə gözəlliyi ilə gözlərinizi sevindirir. İsti ab-hava, sizlərə təklif olunan nadir və çeşidli menyu sizə dəniz məhsulları ilə unudulmaz ziyafət bəxş edəcək. Gülərüz, peşəkar heyət sizə əyləncəli axşam zəmanət verir. Adətən evdə balıq yeməyi sevməyən və Xəzər dənizinin sahilində ləzzətli balıq yeməyi dadmaq istəyənlər üçün əla alternativ təqdim olunur. Bu fürsəti sizə "HALIKARNAS BALIKCISI" təqdim edəcək! Fəaliyyətə başladığı ilk günlərdən yüksək keyfiyyət və zərif dad prinsipinə sadiq qalan “HALIKARNAS BALIKCISI” artıq bir neçə ildir ki, daimi müştərilərinə xidmət göstərir.

Region
Kateqoriyalar
Əlaqə
  • Rəy yoxdur.
  • Rəy əlavə edin

    Sizə uyğun digər məkanlar

    Necə kömək edə bilərik?