Klinik materialların mikrobioloji müayinəsini həyata keçirmək, uyğun laborator diaqnostika metodlarını seçmək, müayinə nəticələrini qiymətləndirmək və klinik əhəmiyyətini şərh etmək.
Bakterioloji və mikoloji müayinələri aparmaq, mikroorqanizmlərin identifikasiyasını və antimikrob preparatlara həssaslığının təyin edilməsini qüvvədə olan standartlara və laboratoriyanın standart əməliyyat prosedurlarına (SOP) uyğun həyata keçirmək.
Parazitoloji müayinələri müvafiq standartlara və laboratoriya prosedurlarına uyğun aparmaq.
Klinik nümunələrin götürülməsi, identifikasiyası, daşınması, qəbulu, saxlanması və işlənməsi proseslərinin preanalitik tələblərə uyğunluğuna nəzarət etmək.
Mikrobioloji müayinələrin analitik və postanalitik mərhələlərində keyfiyyətin təmin olunmasında iştirak etmək, laborator nəticələrin düzgünlüyünü və etibarlılığını qiymətləndirmək.
Antimikrob həssaslıq testlərinin nəticələrini müvafiq beynəlxalq standartlara uyğun qiymətləndirmək və zəruri hallarda klinik şöbələrlə nəticələrin interpretasiyası üzrə peşəkar məsləhətləşmələr aparmaq.
Klinik və epidemioloji əhəmiyyət daşıyan mikroorqanizmlərin, o cümlədən antimikrob rezistentlik göstəricilərinin aşkarlanması, qeydiyyatı və monitorinqində iştirak etmək.
İnfeksiyaların profilaktikası və nəzarəti, antimikrob preparatların rasional istifadəsi və antimikrob rezistentliyin monitorinqi istiqamətində klinikanın aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək.
Laboratoriyanın standart əməliyyat prosedurlarının (SOP), keyfiyyətə nəzarət sənədlərinin və digər laborator sənədlərin hazırlanması, tətbiqi və mütəmadi yenilənməsində iştirak etmək.
Laboratoriya avadanlıqlarının, reaktivlərin və sərf materiallarının düzgün istifadəsinə və saxlanmasına nəzarət etmək, biotəhlükəsizlik və infeksiyaya nəzarət tələblərinə riayət etmək.
Klinik şöbələrin həkimləri ilə əməkdaşlıq etmək, mikrobioloji müayinələrin seçilməsi, nümunələrin düzgün götürülməsi və laborator nəticələrin klinik interpretasiyası ilə bağlı peşəkar məsləhət vermək.
Universitet klinikasının tədris, elmi-tədqiqat və davamlı peşəkar inkişaf fəaliyyətlərində iştirak etmək.
Namizədə tələblər
Ali tibb təhsil və tibbi mikrobiologiya üzrə müvafiq ixtisaslaşma.
Qüvvədə olan sertifikasiya və peşə fəaliyyəti tələblərinə uyğunluq.
Klinik mikrobiologiya, bakteriologiya, mikologiya və parazitologiya üzrə nəzəri bilik və praktik bacarıqlar.
Mikroorqanizmlərin identifikasiyası, antimikrob preparatlara həssaslıq testlərinin aparılması və nəticələrin interpretasiyası üzrə bilik və bacarıqlar.
Klinik nümunələrin preanalitik, analitik və postanalitik mərhələləri üzrə bilik və praktik bacarıqlar.
Laboratoriya keyfiyyətinin idarə edilməsi, biotəhlükəsizlik, infeksiyaların profilaktikası və nəzarəti prinsipləri üzrə biliklər.
Müasir avtomatlaşdırılmış mikrobioloji sistemlər və molekulyar diaqnostika metodları üzrə bilik və ya iş təcrübəsi üstünlükdür.
Antimikrob rezistentlik, antimikrob preparatların rasional istifadəsi və infeksiyaya nəzarət sahəsində iş təcrübəsi üstünlükdür.
Xaricdə təhsil, akademik və ya elmi-tədqiqat fəaliyyəti, eləcə də universitet klinikasında iş təcrübəsi üstünlük hesab olunur.