-Şirkətin layihələri üçün xarici və yerli bazardan tələb olunan tibbi avadanlıqların satınalınması prosedurlarının bütün mərhələlərinin həyata keçirilməsi:
-Müştərilərdən və şirkətin daxili şöbələrindən tibbi avadanlıqla bağlı sorğuları dəqiqliklə qəbul etmək;
-Müştərinin və daxili şöbələrin tələblərinə uyğun olaraq avadanlığın spesifikasiyalarını dəqiqləşdirmək;
-Daxil olmuş sorğulara əsasən xarici və yerli tbbi avadanlıq istehsalçıları və təchizatçıları ilə əlaqə yaratmaq;
-Müştərilərə sorğuları ilə bağlı kommersiya təkliflərini hazırlayıb təqdim etmək və təklifləri aktiv olaraq təqib etmək;
-Xarici və yerli şirkətlərə avadanlıqların satınalınması üçün sifarişləri yerləşdirmək, bunun üçün tələb olunan bütün sənədləri, o cümlədən müqavilələri hazırlamaq;
-Sifarişlərin istehsal prosesini təqib etmək və daşınması üçün hazırlıq vəziyyətini nəzarətdə saxlamaq;
-Yüklərin daşınması prosesinin (ölkədaxili və beynəlxalq) təşkil etmək, logistika şöbəsi ilə koordinasiya etmək və izləmək;
-Müşayiətedici sənədlərin (hesab-faktura, qaimə, CMR, spesifikasiya) şirkətin üçün istehsalçılardan alınması, yoxlanılması və müvafiq şöbələrə (logistika şöbəsi, mədaxil şöbəsi, anbar) təqdim etmək;
-Tibbi avadanlıqların müştərilərə təhvilini təşkil etmək və bu prosesin təmin edilməsi üçün müştərək şöbələrlə (anbar, mühasibatlıq, texniki servis və s.) koordinasiyanı təşkil etmək.
Namizədə tələblər
Təhsil: Ali təhsil (tibbi, biomedikal mühəndislik, iqtisadiyyat, loqistika, menecment və ya biznesin idarə edilməsi sahəsində olması arzuolunandır)
Dil bilikləri: Azərbaycan dili -səlis, Rus və ingilis dilləri – orta səviyyədə (Intermediate / B1–B2: şifahi və yazılı işgüzar kommunikasiya bacarığı).
İdxal/ixrac əməliyyatları və ilkin sənədləşmə qaydaları haqqında anlayış.
Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək qabiliyyəti (1C və ya ERP sistemləri biliyi üstünlükdür).
Şəxsi keyfiyyətlər:
Çevik və işində məsuliyyətli;
Sürətli işi qavrama bacarığı;
Komandada işləmə bacarığı.
Analitik təfəkkür və danışıqlar aparmaq bacarığı.
Tapşırıqları vaxtında və dəqiq icra etmək məsuliyyəti.
Çoxşaxəli tapşırıqlarla işləmə qabiliyyəti.
İş şəraiti:
Əməkhaqqı: 1200-2000 AZN, Müsahibə əsasında (namizədin təcrübəsinə və səriştələrinə uyğun olaraq).